Bu gün azərbaycanlı siyasi xadim Fətəli xan Xoyskinin doğum günüdür. O, 7 dekabr 1875-ci ildə Şəkidə anadan olub. Bu dövlət xadiminin fəaliyyətində indiyə kimi bilinməyən, az danışılan bir çox həqiqətlər var ki, ictimaiyyət onlardan yetərincə məlumatlı deyil.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəkidəki M.F Axundzadə ev muzeyinin direktoru Ulduz Məmmədova məlumat verib.
Muzey direktorunun sözlərinə görə, Fətəli xan Xoyski Rusiyada təhsil almasına, həmin mühitdə yetişməsinə baxmayaraq, milli kimliyini heç zaman unutmayıb. Əksinə Azərbaycan milli hökumətinin qurulmasında müstəsna xidmətlər göstərib. Xüsusən burada yaşayan xalqların hüquq və azadlıqlarının qorunması, onların deportasiya edilməsi, soyqırıma məruz qalmaması üçün bütün imkanlardan istifadə edib.
Ulduz Məmmədova xüsusi olaraq bir məsələyə diqqəti çəkərək bildirib ki, məhz bu dövlət adamının şəxsi səyi və öngörənliyi nəticəsində Qubada dağ yəhudilərinin soyqırımının qarşısı alınıb. Belə ki, Xoyskinin təşəbbüsü ilə yəhudilərin Qırmızı bazar adlanan əraziyə köçürülməsi təmin edilib. Nəticədə çar Rusiyası ilə onların Qafqazdakı əlaltıları, qaniçən erməni daşnaklarının birgə planları baş tutmayıb.
Ulduz Məmmədova Bizim.Media-ya Fətəli xan Xoyskinin həyat və fəaliyyətindən bəhs edərkən bildirib ki, azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917–1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri vəzifələrində işləyib.
O, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk nazirlər şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilib. Bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışıb.
Bu gün Şəkidə ziyalılar və mədəniyyət işçiləri tərəfindən dövlət xadimi Fətəli xan Xoyskinin xatirəsi anılıb, onun yəhudilərin soyqırıma məruz qalmaması üçün həyata keçirdiyi gizli tarixi məqamlardan danışılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 07.12.2022
Qubada dağ yəhudilərinin soyqırımının qarşısını alan dövlət xadimi kim olub?
Hazırda oxunan: Qubada dağ yəhudilərinin soyqırımının qarşısını alan dövlət xadimi kim olub?
Hazırda oxunan: Qubada dağ yəhudilərinin soyqırımının qarşısını alan dövlət xadimi kim olub?
108356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.