“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən alman əsilli Klaus Müller işdən çıxarılıb.
“Aztelekom” MMC-dən bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilər.
Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:56 / 07.12.2022
“Aztelekom”un baş direktoru işdən çıxarıldı
Hazırda oxunan: “Aztelekom”un baş direktoru işdən çıxarıldı
Hazırda oxunan: “Aztelekom”un baş direktoru işdən çıxarıldı
108330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.