Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara dair prosedur müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.
Layihəyə əsasən, öhdəlik daşıyan şəxslər (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər çərçivəsində apardıqları müştəri uyğunluğu tədbirlərin ilə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər:
- müştərinin ve benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli;
- siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməli;
- müştərinin ve ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli;
- siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar ödəniş həyata keçirilməzdən əvvəl həyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanan şəxslərin və faydalanan şəxslərin benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olmasını müəyyən etmək üçün tədbirlər həyata keçirməli, yüksək risk müəyyən edildikdə, ödənişi rəhbərliyin razılığı ilə həyata keçirməli, şəhadətnamə sahibi ilə işgüzar münasibətləri hərtərəfli araşdırmalı və əməliyyatlar barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
Siyasi nüfuzlu şəxslər hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiya məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fövqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkilləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavinləri, idarəetmə orqanlarının üzvləri) sayılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 07.12.2022
Siyasi nüfuzlu şəxslərlə əlaqədar maliyyə əməliyyatlarında DƏYİŞİKLİK
Hazırda oxunan: Siyasi nüfuzlu şəxslərlə əlaqədar maliyyə əməliyyatlarında DƏYİŞİKLİK
Hazırda oxunan: Siyasi nüfuzlu şəxslərlə əlaqədar maliyyə əməliyyatlarında DƏYİŞİKLİK
108311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.