Xəbər verdiyimiz kimi, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Şuşa şəhərindən Xocalıya yola düşüb. Onların arasında Azərbaycanın tanınmış telekanallarının əməkdaşları da yer alıb.
Bizim.Media xəbər verir ki, İTV-nin jurnalisti Fikrət Doluxanov canlı efirə çıxaraq sülhməramlıların onların keçidinə mane olduğunu deyib.
Onun sözlərinə görə, sülhməramlıların komandiri general-mayor Anderey Volkov mətbuat nümayəndələri ilə pis davranıb və buranın digər ərazi olduğunu deyib.
“Onlar öz mandatlarına uyğun olmayan işlərlə məşğuldurlar və Azərbaycan ərazilərində jurnalistlərimizin sərbəst fəaliyyətinə qarşı çıxırlar. Ancaq piyada da olsa, postun o tərəfinə keçəcəyik. Rusiyalı əsgərlər deyirlər ki, onların funksiyası mülki əhalini qorumaqdır. Belə olan halda Azərbaycanın suveren ərazisində bizim hərəkətimizə niyə mane olurlar?”, deyə o, qeyd edib.
Sonda rusiyalı əsgərlər azərbaycanlı jurnalistlərin qarşısını kəsərək Xocalıya tərəf getməyə qoymayıblar və çəkilişə mane törədiblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 07.12.2022
Sülhməramlılarla azərbaycanlı jurnalistin qarşıdurması - VİDEO
Hazırda oxunan: Sülhməramlılarla azərbaycanlı jurnalistin qarşıdurması - VİDEO
Hazırda oxunan: Sülhməramlılarla azərbaycanlı jurnalistin qarşıdurması - VİDEO
108301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.