"Türkiyə hələ bir neçə gün əvvəl bəyanat vermişdi ki..."

Hazırda oxunan: "Türkiyə hələ bir neçə gün əvvəl bəyanat vermişdi ki..."

108288
Bir neçə gündür ki, Türkiyə sərhədlərini pozub Suriyada yaşayan soydaşlarımızı bombalayan Rusiyaya məxsus hərbi təyyarənin vurulması bütün dünyanın gündəliyini zəbt eymişdir. Mən bunun siyasi tərəfini, bundan sonra nə baş verəcəyini kənara qoyub hadisəyə milli nöqteyi-nəzərdən fikrimi bildirmək istəyirəm.

Çox maraqlıdır Rusiya təyyarələri bir-neçə gündür ki, İŞİD-ı bombalamaq adı ilə Suriyada yaşayan soydaşlarımız Türkmanların yaşadıqları ərazini bombalayaraq onları qətlə yetirir. Və ənənəvi olaraq dünya ictimaiyyəti susur. Yadınızdadırsa bir neçə ay əvvəl Suriyada yezidi kürdlərini də bombalayırdılar. ABŞ da daxil olmaqla dünya səsini qaldırdı. Hətta Azərbaycandan qida yardımı da göndərildi. Olsun. Şəxsən mən hər cür zərakarlığın, terrorun əleyhinəyəm. Amma öz millətimə qarşı haqsız hücumları cavabsız qoymaq fikrində deyiləm. Və bir TÜRK olaraq həmişə türk dünyasının yanında olmağı özümə şərəf bilirəm.

ORT televiziyasında Jirinovskinin türkləri ermənilərlə, kürdlərlə təhdid etməsi, Türkiyə torpaqları hesabına Kürdüstan yaradılmasını önə çəkməsi çox şeydən xəbər verir. Rus şovinistləri TÜRKLƏRİ cismani məhv edilməsini dilə gətirməsi isə insanlığa sığan fikirlər deyildir. Bununla nə demək istədiklərini anlamaq istəyirəm. Çünki,belə həyasız bəyənatlar verilməsini ciddi qəbul edə bilmirəm. Bəli Rusiya bizim qonşumuzdur. Tarix boyu da bizi təhdid ediblər. Dözmüşük. İndi şükür ki, müstəqil dövlətik, keçmişdə başımıza gətirdikləri oyunlar haqqında da daha geniş danışmırıq. Hətta Rusiya ilə Türkiyə arasında bu münasibətlərin kəskinləşməsinin əleyhinəyik. Amma bu o demək deyil ki, Rusiyanı qinamalı deyiləm. Türkiyə dövləti hələ bir neçə gün əvvəl bəyanat vermişdir ki, Rusiya təyyarələri sərhədlərimizi pozsa vurulacaqlar. Onlar da məhəl qoymadılar. Və Suriya ərazisində yaşayan soydaşlarımız Türkmanları qanlarına qəltan elədilər. Bəli onları ona görə məhv edirlər ki, TÜRKDÜRLƏR. Jirinovski də həmin siyasətin gizlintilərini milyonların gözü qarşısında ortaya qoydu.

Ən maraqlısı isə Rusiyanın etdiklərinə göz yumub Türkiyəni günahlandıran və hətta bu hadisəyə görə Türkiyənin Rusiyadan üzr istəməsini bəyan edən  Millət vəkili Aqil Abbas və Rəşad Məcidin fikirləridir. Mənim bu insanlara yazığım gəldi. Dünyanın ən qüdrətli, ən demokratik milləti TÜRKLƏRDİR. Türk ədalətlidir və başqa xalqlara həmişə hörmətlə yanaşar. Torpaq sevəndir və başqalarının torpağında gözü yoxdür. Xəyanətkar deyil və torpağına xəyanət edənləri yolundan dönməsə bağışlamaz. Bir TÜRK oğlu kimi mənim öz şəxsi fikirlərimdir

ALLAH TÜRKÜ QORUSUN.

Habil Şirinov
Birinci Qarabağ döyüşünün iştirakçısı, 
hərbi həkim, ehtiyyatda olan polkovnik - leytenant 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin