Elçin Quliyev: "Yanğın tam söndürülüb, narahatlığa əsas yoxdur"

Hazırda oxunan: Elçin Quliyev: "Yanğın tam söndürülüb, narahatlığa əsas yoxdur"

108199

"Dövlət Sərhəd Xidmətinin Akademiyasının binasında baş verən yanğın tam söndürülüb". 

Bizim.Media xəbər verir ki, bunu DSX rəisi, general-polkovnik Elçin Quliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

DSX-nin Akademiyasının binası yanır - VİDEO


“Narahatlığa heç bir əsas yoxdur”, - DSX rəisi vurğulayıb. 

Qeyd edək ki, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın qısa zamanda söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin