Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
DSX-nin Akademiyasının binası yanır - VİDEO
Bildirilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.
Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
Bizim.Media