Tibbi maska taxmağa ehtiyac varmı? – İnfeksionistdən AÇIQLAMA 

Hazırda oxunan: Tibbi maska taxmağa ehtiyac varmı? – İnfeksionistdən AÇIQLAMA 

108188

Havaların soyuması ilə qripə yoluxanların da sayı artır. COVID-19 pandemiyası dövründə ictimai məkanlarda, xüsusilə də qapalı yerlədə tibbi maskadan istifadə edilmə tələbi qripə yoluxma sayının azalmasına səbəb olmuşdu.

İndiki halda isə tibbi maskadan istifadə tələbi olmadığına görə, qrip olan şəxslərin belə çox nadir halda maskadan istifadə etdiyinə şahid oluruq. Tibbi maskadan istifadə etməyənlər isə bir çox halda maskanın immuniteti zəiflətdiyini deyirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə maska ehtiyatının HƏCMİ 


Bəs indiki halda – qrip virusuna yoluxanların sayının artdığı, koronavirus pandemiyasının davam etdiyi vaxtda tibbi maskdan istifadəyə ehtiyac varmı? Tibbi maskaların immuniteti zəiflətməsi barədə deyilən fikirlər nə dərəcədə həqiqəti əks etdirir?  

Bizim.Media-nın suallarını infeksionist Nicat Əzimli cavablandırıb. Həkim bildirib ki, tibbi maskadan istifadənin immuniteti zəiflətməsi barədə fikirlər həqiqəti əks etdirmir: 

“Əksinə tibbi maskalardan istifadə bir çox infeksion xəstəliklərin qarşısını aldığı kimi, bəzi allergenlərin də tənəffüs yollarına keçməsinin məhdudlaşdırmaqla ekstra fayda verir. Eyni zamanda qrip və koronavirus kimi törədicilərin qarışıq şəkildə əhali arasında yayıldığı mövsümdə maskadan istifadə ilə sağlamlığımızın təhlükəsizliyini təmin etmiş oluruq”. 

Bununla yanaşı həkim soyuq qış aylarında immun sisteminin gücləndirilməsi üçün də tövsiyələrini qeyd edib: 

“Viruslardan qorunmaq üçün ən effektiv müdafiə vaksin və tibbi maskadan istifadədir. Daha sonra sosial məsafə və gigiyena qaydalarına riayət etməklə birlikdə sağlam həyat tərzi, düzgün qidalanmaya diqqət etməklə immun sistemini qorumaq olar”. 
İnfeksionist həmçinin xroniki xəstəliyi olan insanların sağlamlıq vəziyyətlərini nəzarətdə saxlamalı olduqlarına diqqət çəkib: 

“Məsələn, bir diabet xəstəsi və ya hər hansı digər xroniki xəstəliyi olan şəxs əgər öz sağlamlığına nəzarət etməsə, adi bir qrip də onun üçün böyük təhlükəyə çevrilə bilir. Bu cəhətdən yanaşdıqda deyə bilərik ki, xəstəliyə yoluxmaqdan daha çox hazırlıqsız yoluxmaq bizi narahat etməlidir”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin