"Prezidentin etdiyi dəyişikliklərdən sonra məmurların Xəzər dənizinin sahilini satmasına inanmıram"

Hazırda oxunan: "Prezidentin etdiyi dəyişikliklərdən sonra məmurların Xəzər dənizinin sahilini satmasına inanmıram"

108172
"Xəzər dənizinin sahillərinin oliqarx məmurlar tərəfindən zəbt edilməsi ilə bağlı hazırladığım videolara qısa müddətdə 500 mindən artıq insan baxdı. Hərçənd ki, bu barədəki statuslarıma bəziləri "bu kimə lazımdır", "Aslan müəllim, boş yerə özünüzü yormayın" yazmışdılar. Dünən Azərbaycan Respublikası Prezidentinin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu dərc edildi. Əvvəllər mövcud olan dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etməyə görə cəzaları sərtləşdirən əlavələr edildi. Yeni əlavə edilən maddə 314-1.3-də yazılır: bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, YEDDİ İLDƏN ON İLƏDƏK müddətə AZADLIQDAN MƏHRUM ETMƏ ilə cəzalandırılır. Bu əlavədən sonra hansısa icra hakimiyyəti məmurunun Xəzər dənizinin sahilinin satmasına inanmıram.
P.S. Əminəm ki, əgər mübarizəni davam etdirsək bu günə qədər olan qanunsuz hasarların sökülməsinə də nail olarıq."

Aslan İsmayılov, tanınmış hüquqşunas 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin