Qonşun səndən şikayət etsə, 30 manat CƏRİMƏ verəcəksən – Qanunun TƏFƏRRÜATI

Hazırda oxunan: Qonşun səndən şikayət etsə, 30 manat CƏRİMƏ verəcəksən – Qanunun TƏFƏRRÜATI

108158

“İşdən evə gəlirsən ki, 5 dəqiqə oturub istirahət edəsən amma bu qonşular aman vermir ki, vermir...”

Bu cümlələri demək olar ki, çoxmənzilli binalarda yaşayan əksər qohum, tanışların dilindən eşidirik. Onların sözlərinə görə, bu problem əsasən daha çox günün  gec saatlarında başlayır. Yüksək mahnı və ya möhkəm ayaq səsləri...

“Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal”.

Kimi bu səs-küyə qonşuluq xətrinə dözməyə çalışsa da, kimisi evində yaşlı, xəstəliyi olan yaxınlarına görə, məsələyə tolerant yanaşa bilmir.

Hətta buna görə bir-birinə illərlə “düşmən” kimi davranan qonşular da az görülməyib. Çoxu evini dəyişməyi, şəxsi həyəti olan evlərə köçməyi problemə çıxış yolu kimi görür. Amma təbii ki, bu seçimi edə bilməyənlər də var. Bu halda onlar nə etməli?
Hüquşünas Cəlil Əhmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən mənzillərdə məişət səs küyünə görə inzibati məsuliyyət nəzərdə tutulur:

“Qeyd olunan maddənin dispozisyasına əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa görə xəbərdarlıq edilir. və ya otuz manatdan əlli manatadək miqdarda cərimə nəzərdə tutulur.

Lakin bu səs küyün mövcud olması inzibati xətanın tərkibi yaratdığını əsaslı şəkildə subut etmir. Belə ki, bunun üçün vəzifəli şəxs tərəfindən müəyyən yoxlanışlar aparılmalıdır. Və bunun üçün desibelmetr avadanlığından istifadə edilir.
Lakin mənzillərdə, yaşayış evlərinin girişlərində, həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı deyilən saatlarda oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”, -deyən C.Əhmədov sakinlərin sözügedən halda ərazi üzrə polis bölməsinə müraciət edə biləcəyini də diqqətə çatdırıb.

Təbii ki, binaların tikintisində istifadə olunan materiallar da bu kimi məqamlarda önəm daşıyır. Əmlak üzrə ekspertlər öz açıqlamalarında ev alarkən alıcıların binalardakı təchizatlar materiallarının keyfiyyətlərindən əmin olmağı önəmli hesab edirlər.
Əlavə olaraq, ilk 5 mərtəbədə ev alan şəxslərdə səs-küy və bu kimi problemlərin daha çox yaşandığı bildirilir. Bu isə sözügedən mənzillərə həm həyətdən həm ətrafdan çox səs getdiyi ilə əlaqləndirilir.

Səkinə Yusibli, Bizim.Media



QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin