İki oğlunun itkin düşdüyünü deyən qadınla bağlı açıqlama: "Ümumiyyətlə övladı yoxdur" - FOTO

Hazırda oxunan: İki oğlunun itkin düşdüyünü deyən qadınla bağlı açıqlama: "Ümumiyyətlə övladı yoxdur" - FOTO

10815

Mətbuat Şurası iki övladının Vətən müharibəsində itkin düşdüyü iddiası ilə çıxış edən Rəna Kazımova ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda bildirilir:
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşdüyü bildirilən daha bir hərbçimiz şəhid olub - FOTO


"Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının video-görüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək istəyir".

Araşdırmalar nəticəsində məlum olub ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşayan R.Kazımovanın ümumiyyətlə övladı yoxdur.

Azərbaycan Respubliasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağrılmayıblar. Bundan başqa bu adlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almır.

Mətbuat Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən Müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırır. Təəssüf ki, hazırda haqqında söz açdığımız konkret məsələ ilə bağlı biz bu həssaslığı görə bilmədik.

"Ruhi xəstə olan vətəndaşın düşdüyü durumun nəzərə alınmaması və mövcud xüsusda meydana çıxan yanlışlıq cəmiyyətdə gərginlik effekti yaratdı. Gərginliyin yaranması isə eyni zamanda peşəkar media adına yolverilməz hərəkətdir".

"Nəzərə alınmalıdır ki, Vətən Müharibəsi kimi Azərbaycan cəmiyyəti üçün kifayət qədər həssas əhəmiyyət daşıyan məsələyə münasibətdə qeyri-peşəkarlığın insanların əsəblərini tarıma çəkmək, 44 günlük müharibədə qazanılmış qələbəyə kölgə salmaq ehtimalı var. Media mövzuya ilk növbədə bunu düşünərək yanaşmalıdır".

"O da nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə, onların problemlərinə münasibətdə diqqətlidir, itkin düşmüş şəxslərin tapılması istiqamətində ardıcıl iş aparır. Belə bir durumda jurnalist fəaliyyəti dövlət-vətəndaş münasibətlərinə xələl gətirməməli, etimad mühitini zədələməməli, əxlaq normalarını aşan, bəşəri dəyərlərə zidd üsul və vasitələrdən yararlanmamalı, manipulyativ xarakter daşımamalıdır".

"Baş vermiş hadisə isə göstərir ki, bir sıra jurnalistlərimiz bu prinsiplərə əməl etməyiblər. Belə olan halda peşə dəyərlərinə sadiqlikdən danışmaq mənasızdır".

"Azərbaycan Mətbuat Şurası bir daha kütləvi informasiya vasitələrimizin təmsilçilərini, müstəqil jurnalistləri Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayişinə, peşəkarlığa, yayılmış fikirlərin informasiya dəyərini yoxlamağa, onların reallıq dərəcəsini nəzərdən keçirməyə, müvafiq dəqiqləşdirmələr aparmağa çağırır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin