“Gənclətimiz televiziya adamının gözü ilə“

Hazırda oxunan: “Gənclətimiz televiziya adamının gözü ilə“

108118
21 noyabr 2015 ci il tarixində Demokratik Azərbaycan Dünyası partiyası tərəfindən “Gənclətimiz televiziya adamının gözü ilə “ mövuzunda tədbir keçirilib. Tədbirdə ANS TV-nin əməkdaşı, “Ağıl dəryası”x9d və “Xəbərsizsiniz”x9d verilişinin aparıcısı Murad Əzimzadə, psixoloq İlham Quıiyev, psixoloq Leyla Zərgərova eləcə də müxtəlif yaş qrupundan olan tələbə və gənclər iştirak ediblər.
 

Tədbiri giriş sözü ilə açan DADP Gənclər Təşkilatının sədri Nigar Abdullayeva iştirakçıları DADP sədri Əlisahib Hüseynov adından salamlayaraq, uğurlar arzulayıb.
 
Tədbirdə əsas məqsəd “Region gəncləri ilə paytaxt gənclərinin bilik səviyyəsi arasındakı fərq hansı səviyyədədir?", "Hər il yenilənən əlavə dərs vəsaitlərin təhsilin inkişafına və şagirdlərin bilik səviyyəsinə təsiri nə dərəcədədir?", “Ağıl dəryası”x9d verilişinin qaliblərinin xaricdə təhsillərini başa vurduqdan sonraki  aqibətləri necə olur?”x9d kimi suallara cavab tapmaq olub.

Sualları cavablandıran Murad  Əzimzadə bildirib ki, paytaxt gənclərinə nisbətən, region gənclərinin bilik səviyyəsi onu daha çox qane edir. Veriliş zamanı region gənclərinin daha yüksək nəticələr əldə etməsinin onu sevindirməsini qeyd edən M.Əzimzadə bunu təhsilimizin inkşafının bariz nümunəsi olmasını vurğulayıb.

Psixoloq İlham Quliyev xarici telekanalların intellektual verilişlərini nümunə gətirərək bizim kanallarda da bu cür verilişlərin sayının artırılmasının gənclərin inkişafında mühüm rol oynayacağına inandığını qeyd edib.

Mövzuyla əlaqədar tədbirin iştirakçıları da öz fikirlərini bildiriblər.

Müzakirələr başa çatdıqdan sonra başda M.Əzimzadə olmaqla bütün tədbir iştirakçılarına təşəkkürünü bildirən layihənin rəhbəri Bəybala Mirzəyev tədbiri bağlı elan edib.

DADP gənclər üçün bu cür tədbirlərin təşkil edilməsi, müzakirələrin keçirilməsi istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcək.
   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin