“Xəzər dənizində suitilərin kütləvi ölümünə metan səbəb ola bilər”.
Bizim.Media "iz.ru"ya istinadən xəbər verir ki, bu barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Xəzərdə suitilər ACLIQDAN kütləvi tələf olur – Mütəxəssisdən AÇIQLAMA
Onun sözlərinə görə, müxtəlif seysmik hərəkətlər nəticəsində təkanlar, mikroçatlar, nasazlıqlar yaranır və təbii qaz çıxır:
"Təbii qaz, praktiki olaraq, tamamilə metandır. O, suda yaxşı həll olunmur və səthə qalxır. Ehtimal ki, suitilǝr sonradan onların sinir sistemini məhv edən metanla nəfəs alıblar".
Ekspert bildirib ki, digər ehtimal da təbii qaz tullantılarının yaratdığı hipoksiya səbəbindən suitilərin tələf olmasıdır.
Qeyd edək ki, dekabrın 3-də Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın ölü suiti tapılıb, ertəsi gün bu rəqəm 2,5 minə çatıb.
Bizim.Media