Azərbaycanın yeganə rektor - deputatı kimdir?

Hazırda oxunan: Azərbaycanın yeganə rektor - deputatı kimdir?

108090
Noyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 4 universitetin rektoru vəzifədən azad edildi. Buna səbəb rektorların Milli Məclisdə deputat mandatı almalarıdır.

Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Səməd Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Əmiraslanov isə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edildilər.

Musavat.com xəbər verir ki, hazırda Azərbaycanda yeganə rektor-deputat Saleh Məhərrəmovdur. Naxçıvan Dövlət Universitetinin rektoru olan S.Məhərrəmov həm də Naxçıvan Ali Məclisinin deputatıdır. 

S.Məhərromov noyabrın 1-də keçirilən parlament seçkilərində Naxçıvanda 6 saylı Çərçiboğan Seçki Dairəsindən Ali Məclisə deputat seçilib. 

Xatırladaq ki, rektor-deputatların ya mandatını, ya da rektorluğunu itirəcəyi haqda hələ seçkilərdən əvvəl məlumat vermişdik. Və gözlənildiyi kimi də oldu. Yuxarıda adlarını qeyd etdiklərimiz rektor vəzifəsini itirdilər. Abel Məhərrəmov isə mandatını itirdi və Bakı Dövlət Universitetinin rektoru vəzifəsində qaldı.

Lakin bunun əksi olaraq, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru S.Məhərrəmov deputat seçildi. O, hazırda rektor olaraq, deputat mandatı daşıyan yeganə şəxsdir.

Qeyd edək ki, S.Məhərrəmov 17 may 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə NDU-nun rektoru təyin olunub. O, hazırda Milli Məclisin deputatı olan İsa Həbibəylini əvəzləmişdi.

Saleh Məhərrəmov 25 sentyabr 1965-ci ildə Naxçıvanın Şərur rayonunun Alışar kəndində anadan olub. 1991-ci ildən NDU-da müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 

1999-2000-ci illərdə NDU-da zoologiya kafedrasının, 2000-2013-cü illərdə təməl tibb fənləri kafedrasının, 2013-cü ildə yenidən zoologiya kafedrasının müdiri vəzifəsində işləyib. 2011-ci ildə AMEA Zoologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

1993-cü ildən “Yeni Azərbaycan”x9d Partiyasının üzvüdür. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin