Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Hazırda oxunan: Qanunsuz ov edən şəxslər cəzalandırıldı

108084

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bizim.Media-ya bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Sənail Qənbərov, Qazax rayon sakini İntiqam Hüseynov, Mingəçevir şəhər sakini Bayram Mustafayev və Goranboy rayon sakini Rəcəb Abbasov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Yevlax rayon sakini Hüseyn Abdullayev və Bakı şəhər sakini Emil İsmayılov saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin