Rusiyanın "Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır ("Şeremetyevo” hava limanı).
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Azərbaycanla aviaəlaqəni bərpa etdi
Bildiirlib ki, uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.
Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri "Domodedovo” hava limanına yerinə yetiriləcək.
Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı bu siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir.
Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:
Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər;
Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər;
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Bizim.Media