Artıq bir ilə yaxındır Ukraynada müharibə gedir. Bu müddətdə minlətlə uşaq və yeniyetmə müharibə stresi yaşayır. Onların sırasında onlarla valideynlərini itirən, psixoloji gərginlik yaşayanlar da az deyil. Müharibədən 30 il əziyyət çəkən və işğalın nə olduğunu yaxşı anlayan dövlətimiz ukraynalı uşaqların sosial qayğılarını daim diqqətdə saxlayır. Belə ki, Ukraynada baş verən müharibədən əziyyət çəkən uşaq və yeniyetmələr qrup halında ölkəmizə dəvət edilir, onların sosial-psixi vəziyyəti öyrənilir, tibbi –psixoloji prosedurlara cəlb olunurlar.
Bizım.Media-nın yerli bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə növbəti dəfə ölkəmizə Ukraynadan bir qrup uşaq və yeniyetmə təşrif buyurub.
30 nəfər ukraynalı uşaq və gənc artıq Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilib və reblitasiya proseslərinə cəlb olunub. Mərkəzdən Bizim.Media-ya bildirilib ki, 15 gün ərzində ukraynalı uşaqlara tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Reabilitasiya müddətində ukraynalı uşaqların mədəni-asudə vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra proqramlar tərtib edilib. Belə ki, onların Qəbələ ilə yanaşı bölgənin bir sıra digər rayonların tarixi yerlərinə, muzeylərə ekskursiyaları planlaşdırılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:24 / 05.12.2022
Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya prosesinə cəlb edildi - FOTO
Hazırda oxunan: Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya prosesinə cəlb edildi - FOTO
Hazırda oxunan: Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya prosesinə cəlb edildi - FOTO
108030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.