Deputatlarımız bu Təşkilatın iclasında iştirak edəcəklər

Hazırda oxunan: Deputatlarımız bu Təşkilatın iclasında iştirak edəcəklər

108016

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu Serbiyanın paytaxtı Belqrad şəhərində səfərdə olacaqlar. 

Bizim.Media xəbər verir ki, dekabrın 6-da QDİƏT-in Büro və Daimi komitə, dekabrın 7-də və 8-də isə Baş Assambleya iclasları keçiriləcək. 

İclaslarda qurumun maliyyə, təşkilati və digər məsələlərinə baxılacaq, komitələrin məruzələri dinləniləcək, “Geniş Qara dəniz regionunda iqtisadi inkişafın stimullaşdırılmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. 

QDİƏT PM sədrinin müavini Eldar Quliyev Baş Assambleyanın plenar iclasının dekabrın 8-də keçirilən yığıncağına moderatorluq edəcək, qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev isə Daimi komitənin iclası zamanı rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verəcək.
Həmçinin, Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında Musa Quliyev məruzə üzrə tövsiyə qərarını iclas iştirakçılarının diqqətinə çatdıracaq, deputat Ramin Məmmədov isə komitənin məruzəsini iclasda təqdim edəcək. 

Deputatların səfəri dekabrın 9-da başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin