Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən 34 ticarət və 5 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı 24-də nöqsanlar müəyyən edib.
Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:33 / 05.12.2022
Azərbaycanda 24 müəssisədə nöqsanlar aşkarlandı – Müvafiq tədbirlər görüldü
Hazırda oxunan: Azərbaycanda 24 müəssisədə nöqsanlar aşkarlandı – Müvafiq tədbirlər görüldü
Hazırda oxunan: Azərbaycanda 24 müəssisədə nöqsanlar aşkarlandı – Müvafiq tədbirlər görüldü
108008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.