Qazla bağlı istifadə olunmayan limit növbəti ilə KEÇİRİLİRMİ? – AÇIQLAMA 

Hazırda oxunan: Qazla bağlı istifadə olunmayan limit növbəti ilə KEÇİRİLİRMİ? – AÇIQLAMA 

107995

Qazla bağlı limit məsələsi yenidən aktuallaşıb. Bu dəfə limiti tam istifadə etməyən abonentlərin narazılığı əsasında məsələ gündəmə gəlib. Bəzi abonentlər ciddi qənaət hesabına 1200 kubmetrlik güzəştli limiti keçməməyə çalışır və buna da nail olurlar. Bu zaman onların sayğaclarında müəyyən qədər qaz ehtiyatı qalır.

Bəs qalan limit növbəti ilə niyə keçirilmir? Ümumiyyətlə bu mümkündürmü və mexanizmi varmı?

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, istər 1200 kub, yxud da ondan çox limit hər bir abonentin haqqıdır:

“Bu haqqı onların əlindən heç kim ala bilməz. Limitin növbəti ilə keçməsi mümkündür və vacib məsələdr.

Çünki bu limit vətəndaşa verilib və vətəndaş da bunu istifadə etməlidir. İstifadə etmirsə, onun limiti özündə qalmalıdır. Bu, ədalətli yanaşmadır. Onun mexanimi və mümkünlüy məsələsi də bilirəm ki, problemli deyil. Hazırda demək olar ki, bütün abonentlərdə smart sayğaclardır və bu sayğaclarla bütün əməliyyatları yerinə yetirmək mümkündür. Ona görə də hesab edirəm ki, bu məsələdə hökumət maraqlı deyil.
 

Maralı olsa, abonentlərin elə bu ildən yarımçıq qalan limitlərinin növbəti ilə keçməsini təmin edə bilərlər. Hazırda elə zəmanədəyik ki, hər bir əməliyyatlar elektronlaşıb. Elektronlaşma varsa, vətəndaşa ayrılan limit niyə yarımçıq qalmalıdır?


Sivil ölkələrdə hökumət bu tip məsələləri abonentlərin xeyrinə həll edir. Dövlət təbii ki, vətəndaşı və cəmiyyəti idarə etməkdən ötrüdür. Bu baxımdan dövlət şirkəti olan “Azəriqaz” da vətəndaşların xeyrinə addım atmalıdır”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev saytımıza açıqlamasında limitlə bağlı məsələlərə cavabdeh olmadıqlarını bildirib. 

Qeyd edək ki, yanvarın 1-dən smart kartla işləyən qaz sayğacları avtomatik sıfırlanır və abonentlər yeni ildən 1200 kubmetrlik güzəştli limitdən istifadə etməyə başlayır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin