“Sürücü iradlarımızın qarşılığında sərt reaksiya və təhqirə keçdi, kameraların olmasını nəzərə alaraq məni əl qol ilə dava etməyə vadar etməyə çalışdı”.
Bizim.Media xəbər verir ki, bu barədə feysbuk istifadəçisi Aqşin Abdulla öz heabından paylaşım edib.
O, aidiyyəti qurumlardan sürücü haqqında tədbir görülməsini tələb edib:
“Bu gün səhər təxminən 9:40 radələrində 1 nömrəli maşrut xətti üzrə hərəkət edən 99 JU 256 dövlət nömrə nişanlı avtobusun sürücüsü ilə konflikt yaşandı. İlk olaraq bir xanım ona "siz belə maşın sürməyin, camaata yazığınız gəlsin" dedi və sürücü ona qarşılıq olaraq "xoşun gəlmir, minmə", - dedi. Əvəzində mən də müdaxilə etdim, "kartof aparmırsan, bu qədər adam aparırsan", - dedim.
Qarşılığında sərt reaksiya və təhqirə keçdi, kameraların olmasını nəzərə alaraq məni əl qol ilə dava etməyə vadar etməyə çalışdı. Belə mərdimazar insanlardan bezdiyim üçün əlbəyaxa olmadım, çünki bunu başa salsan da, salmasan da eynidir. Bu qədər insana laqeyd yanaşan, yol boyu neçə maşını sıxıb hər dəfə birinə görə pəncərə açıb dalaşan, söz davası edən sürücü haqda qanun çərçivəsində tədbir görülməsini tələb edirəm”.
İstifadəçi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin Çağrı mərkəzinə zəng edərək şikayətini bildirib:
“Sürücünün əlaqə nömrəsi də var. 141-ə şikayət də etmişəm, 14 günə baxılacağını dedilər. Bu sürücü həm özünü, həm də milləti bədbəxt edənə kimi haqqında mütləq şəkildə tədbir görülməlidir. Kamera görüntülərinə nəzarət olunsa haqlı tərəf görülər”.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də paylaşıma şərh bölümündə münasibət bildirib:
“Sürücünün qeyd etdiyiniz tərzdə davranışı olubsa, BakuBus MMC-dən müvafiq tədbir görülməsi tələb olunacaq”.
Günəş Güntəkin, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:41 / 05.12.2022
Sərnişini TƏHQİR edən sürücünün məsələsi nəzarətə götürülüb
Hazırda oxunan: Sərnişini TƏHQİR edən sürücünün məsələsi nəzarətə götürülüb
Hazırda oxunan: Sərnişini TƏHQİR edən sürücünün məsələsi nəzarətə götürülüb
107976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.