Bakının Suraxanı rayonunda qardaşını bıçaqlamaqda ittiham olunan 1987-ci il təvəllüdlü Kamil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Kamil Səfərov 1 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. İttihama görə, hadisə bu il iyunun 6-da saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib.
Nəticədə Kamil Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:12 / 05.12.2022
Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxundu
Hazırda oxunan: Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxundu
Hazırda oxunan: Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxundu
107969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.