Deputatın VELOSİPED TƏKLİFİNƏ həmkarı etiraz etdi: “Buna ehtiyac yoxdu”

Hazırda oxunan: Deputatın VELOSİPED TƏKLİFİNƏ həmkarı etiraz etdi: “Buna ehtiyac yoxdu”

107946

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Milli Məclisin deputatı Nigar Arpadarai velosipedlərə dövlət qeydiyyat nişanının verilməsi təklifilə çıxış edib.

Səsləndirilən fikir bir qədər qəribə qarşılansa da bəzi ölkələrin təcrübəsində belə şeylərin olduğu qeyd olunub. 

Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, velosipedlərlə bağlı anoloji addımın atılması hələ tezdir və indilikdə ona zərurət yoxdur:

“Velosiped, at arabası da nəqliyyat vasitəsidir. Amma qeyri-mexaniki nəqliyyat vasitəsidir. Yol hərəkəti qaydaları baxımından nəqliyyat vasitələri iki qrupa bölünüb. Mühərriki olan və hərəkət sürəti 50km.saatdan çox olan nəqliyat vasitələri mexaniki nəqliyyat növləri hesab edilir. İnsan və heyvan əzələsilə idarə edilən nəqliyyat vasitələri isə qeyri-mexaniki nəqliyyat vasitələridir. Hələ heç mopedlərə dövlət qeydiyyat nişanı verə bilməmişik, onun mexanizmini tapmamışıq. Belə olan halda velosipedlərə dövlət qeydiyyat nişanının verilməsi çox tezdir. Hazırkı vəziyyətdə buna heç bir zərurət yoxdur. Ona zərurətin yaranacağı gələcək isə hələ çox uzaqdadır, üfiqdə belə görünmür”.

Azərbaycanda indi əsas vəzifə velosipedi real mobillik vasitəsinə çevirməkdir. Velosiped ekoloji, insan sağlamlığı baxımdan çox səmərəli, faydalı mobil vasitədir. Ona görə də velosipedi populyar nəqliyyat vasitəsinə çevirməliyik”. 

Milli Məclisin deputatı Vahid Əhmədov da velosipedlərə dövlət qeydiyyat nişanının verilməsinə ehtiyac görmür:

“Son zamanlar motorolla, motosikletlərin sayı kifayət qədər artıb. Ona görə də şəhərdə onlarla bağlı da müəyyən hadisələr baş verir. Bu səbəbdən həmin məsələ gündəmdə olub və qərar qəbul edilib ki, onlara da nömrə verilsin və sürücü vəsiqələri olsun. Amma velosipedə gəldikdə, ona nömrə verilməsinə ehtiyac görmürəm. Çünki velosipeddən daha çox kənarda istifadə edirlər, nəinki şəhərdə. Amma motorolla və motosikletlərə nömrə verilməsi vacibdir”.

Məsələyə dəqiq münasibət öyrənmək üçün Nigar Arpadarinin ofisi ilə də əlaqə saxladıq.

Bizim.Media-ya bildirildi ki, görünür millət vəkilinin çıxışına diqqətlə qulaq asmayıblar. Nigar xanım çıxışı zamanı velisopedlərə dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı heç bir fikir irəli sürməyib. Sosial şəbəklərdə yayılan fikir və mülahizələr yanlışdır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin