Sabiq naziri nə qədər həbs gözləyir? – “Əmlakları müsadirə ediləcək”

Hazırda oxunan: Sabiq naziri nə qədər həbs gözləyir? – “Əmlakları müsadirə ediləcək”

10792

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib. O,  Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sabiq nazirə 10 ildən 15 ilə qədər həbs cəzası verilə bilər. 

Bu barədə Bizim.Media-ya danışan Vəkillər Kollegiyasınınn üzvü Əsabəli Mustafayev bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

DTX Səlim Müslümovun həbsi ilə bağlı açıqlama yaydı - SƏBƏBLƏR


Vəkil sabiq nazirin ağır maddələrlə ittiham olunduğunu deyib: 

“Məhkəmə tərəfindən maddələr dəyişdirilə bilər. Yəni ittiham olunan şəxsin cəzası artırıla və ya azaldıla bilər. Qeyd olunan maddələrlə ittiham olunsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

O cümlədən əmlakı müsadirə oluna bilər. Yoxlama aparılan zaman belə insanların adında heç bir əmlak olmadığı məlum olur.

Sanki pensiya müavinəti ilə yaşayırlar. Çünki əmlaklarını digər şəxslərin adlarına rəsmiləşdirirlər. DTX araşdırmaya başlayıbsa, hər halda qurum bu taktikanı nəzərə alacaq.

Rüşvət hesabına S. Müslümovun əldə etdiyi əmlakların, eləcə də maddi nemətlərin yerini təyin edə biləcəklər ki, onların hamsını büdcəyə qaytarmaq mümkün olsun”.

Qeyd edək ki, S. Müslümovun işi ilə bağlı hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən yüksək vəzifələr tutub, 1995-2000-ci illərdə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ildə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilib. 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin