Qulu Məhərrəmlidən Cənubdakı soydaşlarımızla bağlı VACİB AÇIQLAMA 

Hazırda oxunan: Qulu Məhərrəmlidən Cənubdakı soydaşlarımızla bağlı VACİB AÇIQLAMA 

107906

"Təəssüf edirəm ki, Azərbaycanda hamının fikirləri işıqlı deyil. Günaz tv-nin fəaliyyətini tənqid edənlər də var". 

Bizim.Media xəbər verir ki, bunu Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı ilə görüşdə Mətbuat Şurasının idarə heyətinin üzvü Qulu Məhərrəmli deyib. 

O qeyd edib ki, Azərbaycan adının yüksəklərə qalxması üçün bizdə də hərəkat güclənməlidir:

“İlham Əliyev Əbülfəz Elçibəydən sonra ikinci adamdır ki, Cənubi Azərbaycan problemini dilə gətirir. Buna görə Şimali Azərbaycanda da bu istiqamətdə addımlar atılmalıdır. Cənubdakı soydaşlarımıza dəstək olmalıyıq. Ziyalılar, qələm sahibi olan hər kəs bu hərəkata dəstək verməlidir".

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin