Naxçıvan Baş Gömrük İdarəsi ilə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Naxçıvan Baş Gömrük İdarəsi ilə bağlı QƏRAR VERİLDİ

107896

Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.

Bizim.Media xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, Baş idarənin saxlanmasına 20,1 milyon manat ayrılacaq:

"Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin