Mətbuat Şurasında "Günaz TV"nin rəhbəri, milli fəal Əhməd Obalı ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə son üç ayda İranda baş verən proseslər, orada yaşayan soydaşlarımızın proseslərdə iştirakı, habelə İranın ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.
Əhməd Obalı çıxışı zamanı işğaldan azad edilmiş ərazilərə, Xüdafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, tarixi günlər yaşayırıq:
“Güney Azərbaycanın bir fəalı kimi Şimali Azərbaycanın qələbəsinə inanmışıq. Dünən həyatımdakı nadir günlərdən biri idi ki, danışmağa söz tapmamışam. Ümid etmişik ki, Araz bizi ayıran yox, birləşdirən çaya çevriləcək”.
Görüşdə eyni zamanda, İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından söz açılıb.
Tədbirdə Azərbaycan mediasının diqqət etməli olduğu məqamlara nəzər salınıb.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 05.12.2022
Əhməd Obalı: “Araz bizi ayıran yox, birləşdirən çaya çevriləcək”.
Hazırda oxunan: Əhməd Obalı: “Araz bizi ayıran yox, birləşdirən çaya çevriləcək”.
Hazırda oxunan: Əhməd Obalı: “Araz bizi ayıran yox, birləşdirən çaya çevriləcək”.
107889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.