Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12 000 manat və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstan Respublikası ilə sərhəd rayonlarına aparmağa razılaşıblar.
Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində E. İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 05.12.2022
Şəmkirdə İrandan gətirilən yarım milyon dollarlıq narkotik tutuldu - FOTO
Hazırda oxunan: Şəmkirdə İrandan gətirilən yarım milyon dollarlıq narkotik tutuldu - FOTO
Hazırda oxunan: Şəmkirdə İrandan gətirilən yarım milyon dollarlıq narkotik tutuldu - FOTO
107886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.