Şəkidə qanunsuz ağac kəsildi - Baş Prokurorluq araşdırma aparır

Hazırda oxunan: Şəkidə qanunsuz ağac kəsildi - Baş Prokurorluq araşdırma aparır

107851

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Naziliyinin Regional Ekologiya idarəsindən məlumat verilib.

Qeyd olunub ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilən 52 m3 həcmində işlik meşə materialı müəyyən edilib. 
 

Faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin