İsmayıllıda kustar üsulla quraşdırılan soba can aldı

Hazırda oxunan: İsmayıllıda kustar üsulla quraşdırılan soba can aldı

107810

İsmayıllıda bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Quşencə kənd sakini, Bakı şəhərində yaşayan 1979-cu il təvəllüdlü Asif Alxan oğlu Mustafayev bu gün İsmayıllının Qəzli kəndində özünə tikdiyi yeni evində kustar üsulla quraşdırılan sobadan çıxan dəm qazından zəhərlənərək ölüb.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşı evə gələrkən onun cəsədini aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin