“Soyqırım nəticəsində günahsız insanlara, sivil insanlara, uşaqlara gecə saatlarında atılan bombalar var. Savaş dünya qurulduğundan bəri həmişə var, kaş ki, olmayaydı”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç deyib.
Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində dağılan əraziyə baş çəkən Ş.Malkoç törədilənləri vəhşilik adlandırıb:
“Mülki əhalinin üzərinə bomba atmaq, onları gecə qaranlığında öldürmək cinayətdir, vəhşilikdir. Bu, heç vaxt bağışlanılmayıb. Bu səhvləri edənlər, günahsız insanları öldürənlər hüquq qarşısında hesab verəcəklər. Bu gün olmasa da, sabah cabah verəcəklər. Tarix bunun şahididr".
Ş.Malkoç bildirib ki, Gəncədə keçirilən monitorinqlərdən sonra hazırlanacaq hesabat Türkiyədəki insan haqları qurumlarına, daha sonra dünyadakı insan haqları qurumlarına, bütün ombudsmanlara göndiləcək”.
Türkiyənin Baş Ombudsmanı bildirib ki, 30 il davam edən bu münaqişənin daha 30 il davam etməsi mümkün deyil: “Bu baxımdan Azərbaycanın beynəlxalq hüquqlara uyğun olaraq öz torpaqlarını müdafiə etməsini insan haqları qurumu olaraq ürəkdən dəstəkləyirəm”.
Bizim.Media