Qərb bölgəsinin dağlıq rayonlarına qar yağdı - FOTO

Hazırda oxunan: Qərb bölgəsinin dağlıq rayonlarına qar yağdı - FOTO

107773

Dünən axşam saatlarından başlayaraq qərb bölgəsinin bəzi rayonlarına qar yağıb. Bəzi yerlərdə qarın hündürlüyü 10-15, bəzi yerlərdə isə 20-25 santimetrə çatıb. Qar əsasən Daşkəsən, Göygöl və Gədəbəy rayonlarının dağlıq ərazilərinə yağıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərinə daha çox yağıntı düşüb.  

Daşkəsən icra hakimiyyətinin şöbə müdiri Elmar Əliyevin bildirdiyinə görə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Gədəbəydə digər rayonlara nisbətən yağıntının miqdarı azdır. Ucqar kəndlərə 5-10 sm qar yağıb. Gədəbəydə də yollarda nəqliyyatın hərəkətinə çətinlik yaranmaması üçün qum-duz qarışığı səpilir.
Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin