Maskalardan bu cür istifadə daha təhlükəlidir – Terapevt

Hazırda oxunan: Maskalardan bu cür istifadə daha təhlükəlidir – Terapevt

10776

Tibbi maskaların uzunmüddətli istifadəsi qoruyucu effektini itirir, daha çox təhlükəli hesab olunur.

Bunu Bizim.Media-ya açıqlamasında həkim-terapevt Mətanət Nəcəfova deyib.
 

MÖVZU İLƏ BAĞLI

Kişilərdə keçəlləşmənin əsil səbəbi - TRİXOLOQ İZAH EDİR


Onun sözlərinə görə, rəngli boyalarla üzərində müxtəlif şəkillər, bəzəkləri olan maskalar ən təhlükəlidir, çünki kimyəvi qatqılı boyaların qoxusu aşağı və yuxarı tənəffüz orqanlarında allergik reaksiyalar yaradır:

“Bu əlamət uşaqlar üçün daha pisdir. Maskalarda olan boyaların rəng standartlarına fikir vermək lazımdır. Yaş maskaları da istifadə etmək qətiyyən olmaz. Belə maskaların qoruyucu keyfiyyəti aşağı olur. Maska çirklənən kimi onu atmaq lazımdır”. 

Terapevt xatırladıb ki, maskalar 3 saatdan artıq istifadə olunmamalıdır.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin