Adətən belə görüntülər xarici ölkələrdə qeydə alınır. Söhbət dekabr ayında dənizə girən gənclərdən gedir.
Havanın soyuq və küləkli olmasına baxmayaraq, özlərini dənizə vuran gənclərin kimliyi də məlumdur.
Nabranda qeydə alınan bu videonun müəllifi və qəhrəmanlarının qazilər olduğu məlum olub.
Əslən Ağdam rayonundan olan Vətən Müharibəsi qazisi Zöhrablı Təbriz Bizim.Media-ya bildirib ki, dənizə girən gənclər keçmiş əlahiddə kəşfiyyat taborunun döyüşçüləridir.
Onlar Vətən müharibəsində qazi olublar. Uzun müddət sonra bir araya toplaşan kəşfiyyatçılar, əlamətdar günə bu şəkildə seviniblər.
Keçmiş döyüşçülərin maraqlı görüntülərini təqdim edirik;
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.