Prezidentin ayırdığı 40 milyon hara xərclənib? – Şagird sıxlığı problemi həll olunmur

Hazırda oxunan: Prezidentin ayırdığı 40 milyon hara xərclənib? – Şagird sıxlığı problemi həll olunmur

10770

Pandemiyada təhsil müəssisələrinin qismən bərpa olunması köhnə problemləri gündəmə gətirib. Siniflərdə şagird sıxlığı problemi valideynlərin və müəllimlərin narazılığına səbəb olan məsələlərdəndir.

Xüsusilə Bakı məktəblərinin ibtidai siniflərində şagird çoxluğu müşahidə olunur. Elə sinif var ki, orada 46-47 uşaq var.

Halbuki "Təhsil haqqında" qanuna əsasən siniflər 20 nəfərdən ibarət olmaqla 5 qrupda komplektləşdirilməlidir, amma illərdir ki, bu normativ pozulur. Koronavirusun ölkədə tüğyan etdiyi bir zamanda isə siniflərdə sıxlıq problemi daha ciddi şəkil alır. 

Mövzunu təhsil eksperti Elşən Qafarovla davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında deyib ki, Azərbaycan təhsilinin hüquqi bazasında çox ciddi problemlər var:
 

MÖVZU İLƏ BAĞLI:

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris bərpa olunur - RƏSMİ


“Birincisi, qaydalar və təlimatlar yoxdur. “Təhsil haqqında” qanunun təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərində qeyd olunur ki, məktəblərdə sinif otaqları 24 şagird üçün tikilib.

Bilirsiz ki, hazırda şagirdlərin təhsil müəssisələrinə qəbulu elektron şəkildə aparılır.
 

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ində deyilir ki, bir sinif üzrə şagirdlərin sayı 30 nəfəri keçərsə, o zaman sinif iki paralel qrupa bölünür. Məktəbəqədər hazırlıq qruplarında isə şagirdlərin sayı 30 nəfərdən çox ola bilməz.


Pandemiya şəraiti göstərdi ki, şagirdlərin sıxlığı tədrisin təşkilinə böyük problem yaradıb. Amma bizdə bunu qəbul etmirlər. Bildirirlər ki, şagirdlərin sayının çox olması şərt deyil”.

Ekspertin sözlərinə görə, şagird sıxlığına səbəb əsasən şəhər məktəblərində yer çatışmazlığı ilə bağlıdır:

“Baxmayaraq ki, 2019-cu ildə ölkə prezidenti təkcə Bakı məktəblərində şagird sıxlığının aradan qaldırılması ilə bağlı 40 milyon vəsait ayırdı. Azərbaycanda 4447 məktəb var, şagirdlərin sayı isə 1 milyondan çoxdur.
 

Sayı 3000-4500 şagird olan şəhər məktəbləri var. Elə sinif var ki, orada 50-dən yuxarı şagird var. Təhsil Nazirliyi bu günlərdə keçirdiyi brifinqdə ümumilikdə 311 məktəbdə bu problemin olduğu haqda məlumat yaydı və bildirdi ki, elə siniflər var ki, orada şagird sayı 40-dan çoxdur.


Problemi həll etmək üçün yeni məktəblər şəbəkəsi tikmək lazımdır. Normal tədris qurmaq üçün məktəb birnövbəli olmalıdır. Bu gün 100 məktəb ikinövbəli işləyir, real şagird sayı ilə sinif sayı üst-üstə düşmür”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin