Dövlət Sərhəd Xidmətinin "Mİ-17"helikopterinin Qaraheybət polliqonunda qəzaya uğraması xəbərini acı yel kimi eşidən ailələrdən biri də mayor Emil Vahid oğlu Mayılovun ailəsidir.
Bu ailədə hələ də azyaşlı qızı və oğlu gözlərini yollardan çəkmirlər. Uşaqlar, xüsusən 6 yaşlı qızı Sevda ümid edir ki, ata bir gün gələcək, onları gəzməyə aparacaq.
Bu barədə mayor Emin Mayılovun xanımı Həddiqə xanımla dərdləşirik.
Mayor Emil 1987-ci ildə Ağdaş şəhərində doğulub, özü də o rayondandır. Deyir ki, 6 ildi ki, evlənmişdik Mayılla:
“Biz evlənəndə Aprel döyüşləri başladı. Hesablasaq, yarıbayarı 3 il görmüşük bir birimizi. Qalan vaxtları həmişə işdə-gücdə keçirib, Vətən Müharibəsində iştirak edib, ezamiyyətlərdə və həmişə iş başında olub. Göylərdən enməzdi işini, ona verilən tapşırığı yerinə yetirənədək”.
Emil Mayılov Dövlət Təhlükəsizliyi Akademiyasını bitirib. 2008-ci ildən Sərhəd Qoşunlarında işləyirdi. Vətən Müharibəsində fəal iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi Xidmərə görə" medallarına layiq görülüb.
Həddiqə xanım danışır ki, Emil işini heç planlamazdı:
“Deyirdim ona, səhər uşaqları gəzməyə aparaq. Bazardı. Deyirdi ki, birdən işə çağırarlar. Həmişə tikan üstə otururdu sanki. İşinə, göylərə elə bağlı idi ki...
Qızına da çox bağlı idi. Hadisə baş verən zaman oğlumuz Ömərin bir yaşı təzə tamam olmuşdu. Qızımız Sevda atasından sonra çox aqressiv olub, elə hey atasını axtarır. Sevda "ata məni gəzməyə çox aparırdı, sən aparmırsan" - deyəndə ürəyim parça-parça olur, söz tapa bilmirəm”.
“Gözəl ata, qayğıkeş ər, sevimli oğul, peşəkar sərhədçi olan Emili itirməyimizdən bir il keçsə də yaramız qaysaq bağlamur”, - deyir Həddiqə Mayılova.
Həddiqə xanım övladları ilə hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. Göylər vurğunu olan Emilinin iki yadigarını özünə təsəlli edib. Onları atalarının arzuladığı kimi vətənsevər və savadlı böyüməyə çalışır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 03.12.2022
6 yaşlı Sevda hələ də atasının yolunu gözləyir – Qaraheybət ŞƏHİDİ mayor Mayılovun ACI HEKAYƏSİ
Hazırda oxunan: 6 yaşlı Sevda hələ də atasının yolunu gözləyir – Qaraheybət ŞƏHİDİ mayor Mayılovun ACI HEKAYƏSİ
Hazırda oxunan: 6 yaşlı Sevda hələ də atasının yolunu gözləyir – Qaraheybət ŞƏHİDİ mayor Mayılovun ACI HEKAYƏSİ
107687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.