Nikahdankənar münasibətlər üçün həbs cəzası TƏTBİQ EDİLİR - Azərbaycan buna HAZIRDIRMI?

Hazırda oxunan: Nikahdankənar münasibətlər üçün həbs cəzası TƏTBİQ EDİLİR - Azərbaycan buna HAZIRDIRMI?

107674

İndoneziya nikahdankənar münasibətlər üçün həbs cəzası tətbiq etməyə hazırlaşır. Bu barədə ölkə parlamentinin qanun layihəsi qəbul etməsi gözlənilir. Eyni zamanda parlament Cinayət Məcəlləsinin əsasnaməsini qəbul etməyə hazırlaşır. Qanun layihəsində nikahdan əvvəl birlikdə yaşamaq da qadağan ediləcək.

İndoneziyanın Baş Ədliyyə Müavini bildirib ki, qanun layihəsi dekabrın 15-də parlamentin təsdiqini ala bilər. 

Qeyd edək ki, son illər Azərbaycanda da qeyri-rəsmi münasibətlərə maraq artıb. Buna təsir edən səbəblərlər ən başlıcası seriallar və xarici təsirlərdir. 

Bəs, Azərbaycanda nikahdankənar münasibətlər üçün həbsin tətbiqinə ehtiyac varmı?

Vəkil Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, bu barədə qərar yalnız yetkinlik yaşına çatmayanlar üçün var:

“Bizim qanunlar Qərb təmayüllüdür. Zor tətbiqi yoxdursa, həddi buluğa çatmış nikahdankənar münasibətlərə görə heç bir məsuliyyət nəzərdə tutulmayıb. Sadəcə bu məsələdə fahişəlik faktı olarsa, qadın məsuliyyətə cəlb oluna bilər. Əgər şəxslərdın biri həddi-buluğa çatmamışdırsa, digər tərəf yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğuna görə məsuliyyətə cəlb olunur”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin