Bakıda baş vermiş intihar və intihara cəhd hadisələri ilə bağlı cinayət işi başlanıb

Hazırda oxunan: Bakıda baş vermiş intihar və intihara cəhd hadisələri ilə bağlı cinayət işi başlanıb

107664
Bakı şəhər Prokurorluğu bu gün paytaxtda baş verən intihar və intihara cəhd hadisələri ilə bağlı açıqlama yayıb.
xa0
Bakı şəhər Prokurorluğundan Moderator.az -a verilən məlumatd görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti”x9d stansiyasının yaxınlığında 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, xa0bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.
xa0
Hər iki iş üzrə məhkəmə-tibb ekspertizalar təyin olunub və hadisələrin səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin