Şimal-Qərb bölgəsinin qapısı sayılan Balakən rayonunun Hənifə kəndində on bir qadından ibarət bir komanda var. Elə futbol komandasında olduğu kimi.
Lakin bu qadınlar meyvə qurutmaqla məşğuldur. Komandanın kapitanı Məlahət Alvasovanın liderliyində fəaliyyət göstərən bu kolllektiv nəinki yerli eləcə də bir sıra beynəlxalq layihələrin iştirakçısı və qalibidir. Hamısı da hazırladıqları meyvə qurularına görə.
Xurma, alma. armud, albalı, gilas, gavalı, pamidor...Ümumilikdə bu qadınlar 10 dan çox meyvələrin qurudululmasını həyata keçirir. Məlahət Alvasova deyir ki, on bir qadının hər biri Hənifə kəndinin lider qadınıdır:
“Hər qadının təklikdə gördüyü iş gözəldir, ancaq onların gücü birləşəndə daha gözəl və möhtəşəm olur. Bizim komanda buna əyani misaldır”.
Uzun illərdir bir yerdə olduqlarını diqqətimizə çatdıran qrup rəhbəri əl işlərinin keyfiyyət və tamına görə seçildiyini diqqətə çatdırır.
“Bağımızda, həyətimizdə meyvə tərk olmasın” şüarı ilə yola çıxan qadınlar əsasən Hənifə kəndində yetişən meyvələri qurutmaqla yerli sakinlərə dəstək olur.
Bu arada qadınlardan bir neçəsi həyətdən meyvələri dərir və komandanın layihə çərçivəsidə qazandığı meyvə yuma avadanlığına boşaldır. Burada meyvələr yuyularaq təmizlənir. İstehsal qrupunun üzvü Nəzakət Camalova ilk gündən bu işə qol qoyanlardan, əziyyətə qatlananlardan biridir:
“Biz bağımızdan yığıb gətirdiyimiz meyvələri burada tam əmin olana qədər yaxşı-yaxşı yuyuruq. Və meyvələri yığıb aparırıq orda meyvə qurutma sexi var meyvələri soyur, dilimləyir və makinamıza yerləşdiririk”.
Növbəti mərhələdə yuyularaq təmizlənən meyvələrn qabığı soyulur və dilimlərə ayrılır. Daha sonra xüsusi setkalara düzülərək meyvə qurutma sobasına yerləşdirilir. Bu işi isə qrupun digər üzvü Şəfiqə Məmmədova icra edir.
İstehsal qrupunun rəhbəri Məlahət xanım deyir ki, gördüyünüz bu avadanlıqların hər biri müxtəlif illərdə Azərbaycan Kənd Təsərrüfatı nazirliyi, Avropa İttifaqı və FAO nun birgə layihəsi olan “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüiziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərşivəsində əldə olunan uğurlara görə komandaya hədiyyə olunub.
“İlk başlayanda bizdə çox az məhsulumuz var idi və onu satmaq da problem idi. Sonradan biz beynəlxalq layihələrə qoşulduq və avadanlıqlar almağa başadıq. Bundan belə qrupumuz də işləməyə başladı, qadınlara iş oldu. Hazırda istehsal elədiyimiz meyvələrə çox böyük təlabat var. Bizim bir meyarımız var. Kənddə meyvəni batmağa qoymayaq. Kənddə həyət-bacada olan bütün meyvələri yığırıq, yuyuruq və quruduruq”.
Məlahət xanım deyir ki. Allahın verdiyi nemətə nankorluq eləmək olmaz, əgər biz onları emal edib lazım olan yerlərə çatdırmasaq, əminəm ki, bu da günahdır. Amma faydalı işlə məşğul olmaqla, həm dolanışığımızı yaxşılaşdırırıq, həm kənddə qadınlara məşğuliyyət olur. Bu da çox savab işdir. Ailələr ayaqda durur, insanlar mehribanlaşır, başımızın üstündə ilahi atmosfer yaranır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 03.12.2022
Balakənin Hənifə kəndində 11 qadın birləşib komanda yaratdılar – TƏFƏRRÜAT
Hazırda oxunan: Balakənin Hənifə kəndində 11 qadın birləşib komanda yaratdılar – TƏFƏRRÜAT
Hazırda oxunan: Balakənin Hənifə kəndində 11 qadın birləşib komanda yaratdılar – TƏFƏRRÜAT
107647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.