Beyləqanda ailənin 4 üzvünü öldürən qatilə “ÖMÜRLÜK” HƏBS veriləcək

Hazırda oxunan: Beyləqanda ailənin 4 üzvünü öldürən qatilə “ÖMÜRLÜK” HƏBS veriləcək

107641

Xəbər verildiyi kimi Beyləqan rayonunda dəhşətli ailə dramı yaşanıb. Bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadə ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ailələr arasında 2010-cu ildən torpaq üstündə ədavət olub. Belə ki, F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ailələr arasında münasibətlər daha da pisləşib.
Ötən gün isə Fuad Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, adətən bir nəfərdən yuxarı şəxs qətlə yetirilərkən cinayətkara avtomotik olaraq ömürlük həbs cəzası düşür:
 

MÖVZU İLƏ BAĞLI:

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barədə cinayət işi BAŞLANDI


“Hətta ailələr arasında ədavət, qan düşmənçiliyi və digər motivləri qanunvericilik nəzərə almır. Yalnız 18 yaşı tamam olmamış qatilə ömürlük həbs cəzası verilmir. Həddi-buluğa çatıbsa, ömürlük azadlıqdan məhrum ediləcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin