"Yuxuda mənə dedi ki, narahat olma, yerim rahatdı” – Şəhid PİLOTUN XANIMI

Hazırda oxunan: "Yuxuda mənə dedi ki, narahat olma, yerim rahatdı” – Şəhid PİLOTUN XANIMI

107549

Qaraheybət faciəsinin qurbanı mayor Elbrus Əhmədov 1988-ci ildə Naxçıvanın Gəngərli rayonunun Qıvraq kəndində doğulub. Soyuq bir noyabr günündə 14 səma qəhrəmanından birinə çevrildi.

Mayorun həyat yoldaşı Günay Əhmədova Bizim.Media-ya danışır ki, Elburus 10 ilə yaxın Dövlət Sərhəd Xidmətində hava gəmilərini məharətlə idarə edib və xidməti uğuruna görə 5 döyüş medalı ilə təltif edilib.

"3 balamın atası dünyanın ən gözəl atası idi. Dözmək çətindir onsuz. Əsas təsəllim odur ki, mənə 3 əmanəti var, onları yerbəyer etməliyəm”.

Şəhid mayorun böyük qızı imtahan verərək bu il Kaspi liseyində 5-ci sinifdə oxumağa başlayıb. Ata babasının adını daşıyan Səmrəddin 1-ci sinifdə oxuyur, ana babasının adı qoyulan Hüseyn isə hələ bağçaya gedir deyir anası:

“Elbrus mənə "Gülüm", mən isə ona "Elim"deyirdim. Yaman darıxmışam "Gülüm"sözünü eşitmək üçün. Dünyanı verərdim Elimin dilindən bir daha "Gülüm" sözünü eşitmək üçün".

Günay Əhmədova deyir ki, Tərtərdə hərbi xidmətdə olan qardaşımı da itirmişəm:

“Ata-anam hələ bu hadisənin təsirindən çıxmayıb, ondan hələ də xəbər gözləyirlər. Elbrus mənə qardaşımın yoxluğunu da unutdururdu. Tale onu da mənə çox gördü. Yaxşı ki, yuxularıma girir, məni tənha buraxmır. Hətta məni bir dəfə pəncərədən çlxarıb göy bir çəmənliyə aparmışdı. Dedi, narahat olma, yerim rahatdır. Bura çəmənlikdir. Elə bil diğər yerlər quraqlıq, boz bir səhra idi. Həmin yuxunu görəndən sonra çox rahat olmuşdum. Əmin oldum ki, tək Elbrusun yox, bütün şəhidlərimizin yeri cənnətdir".

Bütün şəhidlərimizin ruhları şad olsun!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin