“Bu gün Azərbaycanda təbii balıq tapmaq müşgül məsələdir”.
Bunu Bizim.Media ilə söhbətində ekspert Akif Nəsirli söyləyib. O, bunu həm də bir balıq həvəskarı kimi deyib:
“Qida rasionumda balığa çox yer vermək istəyirəm. Amma alınmır. Bütün satış məntəqələrində ancaq vətəgədə süni şəkildə yetişdirilmiş balıqlar satılır. Amma Xəzərdə, Kürdə, Arazda yetişmiş balığı tapmaq qeyri-mümkündür.
Balıqlar niyə miqrasiya edə bilmir?
Bunun da bir çox səbəbi var. Ən əsas səbəbsə ekoloji faktordur. Son 50 ildə Xəzər dənizinin, Kür və Araz çaylarının kəskin şəkildə çirklənməsi digər sahələrlə yanaşı balıqçılığa da ciddi xələl gətirib. Bu səbəblərdən balıqlar dənizin dərinliklərinə və digər sahillərə çəkilib. Əvvəllər dənizdəki balıqlar kürü tökmək üçün Kürün deltasından üzü yuxarı üzürdülər. Amma bu gün belə hal yoxdur. Çay girişləri bloklanıb, suyu azalıb. Heç bir normativlərə əməl olunmadan çay suları əkin-biçinə, süni balıq göllərinə yönləndirildiyindən balıqların miqrasiyasında problemlər var. Harada gəldi qurulmuş vətəgələr də mane faktoruna çevrilib.
İkincisi səbəb, Kür və Araz çaylarında və eləcə də Xəzərdə suyun azalmasıdır. Bu ekoloji fəlakət səbəbindən dayaz və su axını zəif olan Kür və Arazda balıq demək olar ki, yoxa çıxıb.
Üçüncüsü, qeyri-sənaye üsulu ilə ovlama balqıların azalmasına səbəb olub. Çox təəssüf ki, balığın nə zaman və necə ovlamaq lazım olduğunu çoxlarımız bilmir. Baxmayaraq ki, çoxlarımız özümüzü balıqçı sanırıq. Ən pisi də odur ki, 90-cı illərdən etibarən həm çaylarda, həm də göllərdə balıqların vəhşicəsinə və kütləvi şəkildə ovlanmasına başlanıldı. Balıq ovu zamanı partlayıcı maddələrdən belə istifadə edildi. Bu da balıqların kütləvi şəkildə tələf etdi”.
Ümid vətəgə balıqlarına qalıb
Akif Nəsirli təssüflə bildirdi ki, vətəgələrdə balıqlar sənaye və gigenik üsuilla yetişdirilmir:
“Burda balıqların qidalandırılması isə tamamilə bərbad vəziyyətdədir. Normalda balıq 3 aya yetişdirilir. Amma vətəgələrdə balıqlar ay yrıma satışa çıxarılır. Və bu balıqlar süni qidalarla və sürətlə yetişdirildiyindən qidaya yaramır. Bu balıqlar sadəcə ölüm mənbəyidir. Təsadüfi deyil ki, indi çoxlarımız mağazalardan dondurulmuş okean balıqları alırıq. Bu da o ləzəti vermir. Bu vəziyyətdə kefə baxan yalnız əzcaçılardır. “Omeqa-3” valideynlərin hər gün aldığı dərman sırasındadır”.
Xəzərdə balıq qalmayacaq
Ekspert perspektiv üçün də ümidsiz danışdı:
“Xəzər dənizində suyun azalması hələ ən azı 10 il də davam edəcək. Bu da əlavə ekoloji fəlakətlər yaradacaq. Bu gedişlə də Kürün deltasında və Xəzərin yaxın sahillərində hələ uzun müddət arzuladığımız balıq sürülərini görə bilməyəcəyik. Xəzər getdikcə ölü dənizə çevriləcək. Bunun qarşısını vaxtında almaq lazımdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 03.12.2022
“10 ilə Xəzər ölü dənizə çevriləcək” – Balıq təsərrüfatları BALIQ FONDUNU necə məhv edir?
Hazırda oxunan: “10 ilə Xəzər ölü dənizə çevriləcək” – Balıq təsərrüfatları BALIQ FONDUNU necə məhv edir?
Hazırda oxunan: “10 ilə Xəzər ölü dənizə çevriləcək” – Balıq təsərrüfatları BALIQ FONDUNU necə məhv edir?
107534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.