Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Şahmar Hüseynov şəxsi münasibət zəminində yaranan münaqişə zamanı sevgilisi Leylaya (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə baş verən günü gecə saat 00.30-da söhbət etmək üçün Leylanın yaşadığı ünvana gedib.
Şahmarın sözlərinə görə, aralarında şəxsi münasibətlər zəmnində münaqişə yaranıb:
“Münaqişə zamanı əsəbləşərək Leylanın yaşadığı ünvanda onun üzərinə hücüm çəkdim. Onu əl zərbələri ilə döydüm. Nəticədə Leyla bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldı”.
Şahmar qeyd edib ki, törətdiyi əməlindən peşmandır. O bildirib ki, Leyla ilə barışığa cəhd edib. O, anasının xərçəng xəstəsi olduğunu, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirib və barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Şahmar 1 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 02.12.2022
Sumqayıtda gənc oğlan sevgilisini döydü – TƏFƏRRÜAT
Hazırda oxunan: Sumqayıtda gənc oğlan sevgilisini döydü – TƏFƏRRÜAT
Hazırda oxunan: Sumqayıtda gənc oğlan sevgilisini döydü – TƏFƏRRÜAT
107506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.