Tikinti obyektləri bu xidmətə görə ÖDƏNİŞ EDƏCƏKLƏR 

Hazırda oxunan: Tikinti obyektləri bu xidmətə görə ÖDƏNİŞ EDƏCƏKLƏR 

107488

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 

Bizim.Media-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən ediləcək.

Dəyişikliklər müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin