Fazil Mustafadan tenderlərlə bağlı TƏNQİD “Qurumlar öz yaxınlarını qalib edirlər” 

Hazırda oxunan: Fazil Mustafadan tenderlərlə bağlı TƏNQİD “Qurumlar öz yaxınlarını qalib edirlər” 

107467

““Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun bizdə uzun illərdir ki, qəbul olunmasa da mövcud olub. Belə ki, dövlət qurumlarının hər biri tenderlərdə öz yaxınlarını qalib edilər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib. 

“Bakı-Quba yolunu gedərkən, bu durumu daha yaxşı anlayırıq. Bu qanun layihəsinin niyyəti yaxşıdır, lakin əsas məsələ qanunun necə işləməsidir. Əgər biz səhər özəl şirkətlərin hüquqlarının qorunmasını təmin etməsək, heç bir nəticə əldə etməyəcəyik. 
Bundan əlavə, bizə dövlət qurumları və özəl şirkətlər arasında gedən məhkəmə çəkişmələrinin statistikası təqdim edilsə görərdik ki, sahibkarların xeyrinə qərarların nisbəti heç 5%-i keçmir”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin