Gəncə sakini naməlum şəraitdə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Arzu Abdulayev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkən dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, 23 yaşlı gənc oğlan özu özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən bunu etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:08 / 02.12.2022
Gəncədə gənc oğlan özünə niyə xəsarət yetirib?
Hazırda oxunan: Gəncədə gənc oğlan özünə niyə xəsarət yetirib?
Hazırda oxunan: Gəncədə gənc oğlan özünə niyə xəsarət yetirib?
107407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.