"Yaxın günlərdə Bakıda 5 saylı DOST Mərkəzinin açılışı olacaq".
Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
O həmçinin bildirib ki, mərkəz artıq hazırdır. Açılış noyabrın sonuna nəzərdə tutulmuşdu, lakin bu aya saxlanıldı.
Agentlik sədri onu da qeyd edib ki, Rumıniyada DOST modelinin tətbiqi istiqamətində müzakirələr gedir:
"Bundan başqa Moldavadan DOST modelinin tətbiqi ilə bağlı təklif almışıq. Qazaxıstan, Özbəkistan maraq göstərir. Bolqarıstanla ümumi danışıqlar olub. Serbiya və Gürcüstan bu yaxınlarda DOST modelimizlə tanış oldu. Çox güman ki, Serbiya da müəyyən addımlar atacaq".
Xidmətlərin elektronlaşdırılması məsələsinə gəlincə isə Fərid Məmmədov qeyd edib ki, hazırda nazirliyin 2006-cı ilə qədər olan arxivlərinin elektronlaşdırılması istiqamətində iş aparılır:
"Hazırda nazirlik vətəndaşlara 153 xidmət göstərir ki, bunun 110-u elektronlaşdırılıb və bəziləri proaktivləşib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:48 / 01.12.2022
Yaxın günlərdə Bakıda daha bir DOST Mərkəzi açılacaq
Hazırda oxunan: Yaxın günlərdə Bakıda daha bir DOST Mərkəzi açılacaq
Hazırda oxunan: Yaxın günlərdə Bakıda daha bir DOST Mərkəzi açılacaq
107369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.