Maqnit qasırğası TÜĞYAN EDİR – Ən yaxşı qorunma yolu NƏDİR? 

Hazırda oxunan: Maqnit qasırğası TÜĞYAN EDİR – Ən yaxşı qorunma yolu NƏDİR? 

107318

Vaxtaşırı maqnit qasırğası barədə xəbərlər oxuyuruq. Alimlər bildirirlər ki, Günəş aktivliyi hər 11 ildən bir təkrarlanan hadisədir. Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Yəni həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir.

Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Bu vaxt Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir.
 

MÖVZU İLƏ BAĞLI:

Fevralın sonuna qədər dünya üçün BÖYÜK TƏHLÜKƏ - HAZIR OLUN!


Biz Yerin maqnit sahəsinin olduğu sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir. Hazırda bu dövrün içindəyik.

Bəs bunun səhhətimizə mənfi təsirlərindən necə qoruna bilərik? 

Bizim.Media-nın sualını cavablandıran kardioloq Vüqar Quluzadə deyib ki, bu cür hallarda sağlam insanların səhhətində o qədər də nəzərəçarpan dəyişiklik olmur: 

“Maqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, yüksək təzyiqdən əziyyət çəkən, ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir. Onlar özlərində narahatlıq hiss edirlər, təzyiqləri yüksəlir və s. Sağlam insanlarda isə ciddi bir narahatlıq müşahidə edilmir”. 

Həkim qeyd edib ki, bundan spesifik qorunma üsulu olmasa, müəyyən qədər yayınmaq mümkündür: 

“Bu dövrdə xəstələr aldıqları müalicəni davam etdirməlidirlər. Həkim məsləhəti ilə qəbul etdikləri dərmanın dozasında müəyyən qədər dəyişiklik edə bilərlər. Ən əsası isə gündəlik yuxu və yemək rejiminə diqqət etməkdir. Adətən xəstələrə yuxu və qidalanma rejimini pozmamağı tövsiyə edirik. Bu, çox önəmlidir”.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin