Azərbaycanlı gənc yeni avtomobil modeli hazırladı - FOTO + VİDEO

Hazırda oxunan: Azərbaycanlı gənc yeni avtomobil modeli hazırladı - FOTO + VİDEO

107294
O, AZERANT-ı “Formula 1”x9d yarışlarında təqdim etmək istəyir.

Azərbaycanlı gənc Ramil Nəcəfov AZERANT adlı avtomobil modelinin dizaynını hazırlayıb və onu gələn il Bakıda keçiriləcək “Formula 1”x9d yarışlarında təqdim etmək istəyir.

Moderator.az  Azərtac-a istinadən xəbər verir ki, Ramil 1992-ci ildə Şəki şəhərində anadan olub. Hazırda Türkiyənin Sparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə təhsil alır.

Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. Ramil konserndə işə qəbul olunmaq üçün CV göndərsə də, qarşısına Avropa təhsili almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib.

Buna görə də Türkiyədə dizayn ixtisası üzrə qiyabi təhsil almağa qərar verib. Gənc dizayner söhbət zamanı bildirdi ki, öz eskizlərini “Audi”x9d, “Mercedes”x9d kimi avtomobil şirkətlərinə də göndərib.

Məşhur avtomobil şirkətləri onun eskizlərinə biganə qalmayıblar. Lakin müvafiq təhsilin və iş təcrübəsinin olmaması yenə də onun qarşısını kəsib.

Buna baxmayaraq, Ramil ruhdan düşməyib. Gələn il Bakıda keçiriləcək “Formula 1”x9d yarışı onu yeni işlərə həvəsləndirib. 

Gənc dizayner müəllif hüququ almaq üçün AZERANT layihəsinin eskizini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə təqdim edib.

Onun ən böyük arzusu Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin