Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər. Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan Respublikasının istehsalı olan inşaat malları aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, indiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub:
"Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.
Bu malların İran İslam Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycan Respublikasında fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.
Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?
Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə araşdırma aparılır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:49 / 01.12.2022
İrandan Azərbaycana üzərində erməni dilində yazılar olan mallar göndərilib - VİDEO
Hazırda oxunan: İrandan Azərbaycana üzərində erməni dilində yazılar olan mallar göndərilib - VİDEO
Hazırda oxunan: İrandan Azərbaycana üzərində erməni dilində yazılar olan mallar göndərilib - VİDEO
107270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.